AMET Logo
Service 1
Service 2
Service 3

Servis və Texniki Xidmətlər

Şirkətimiz anbar avadanlıqları, generatorlar, kompressorlar, forkliftlər və digər sənaye texnikalarının yüksək səviyyədə təmiri və texniki servis xidmətləri təqdim edir. Peşəkar mühəndis komandamız və müasir texniki bazamız sayəsində avadanlıqlarınızın fasiləsiz, təhlükəsiz və effektiv işləməsini təmin edirik.

Mobil Servis

Mobil servis təmirçilərimiz sayəsində yerində təmir və texniki baxış xidmətləri göstəririk. Tam təchiz olunmuş servis avtomobillərimiz təmir üçün zəruri olan bütün professional alət və ehtiyat hissələri ilə təmin edilib. Bu da bizə avadanlığın dayanma vaxtını minimuma endirərək tez və operativ xidmət göstərməyə imkan verir.

Geniş Servis Mərkəzi

Geniş və yüksək standartlara uyğun servis mərkəzimiz aşağıdakı üstünlükləri təklif edir:

  • Yüksək texnolojiyalı diaqnostika imkanları
  • Tam təchizatlı təmir sahaları
  • Orijinal ehtiyat hissələrinin mövcudluğu
  • Təcrübəli və sertifikatlı mütəxəssislər
  • Hər növ avadanlıq üçün kompleks texniki baxış

Üstünlüklərimiz

  • Sürətli və etibarlı servis
  • Fasiləsiz iş üçün preventiv texniki xidmət
  • Rəqabətli qiymətlər
  • Avadanlığınızın uzunömürlülüyünü təmin edən peşəkar yanaşma
  • Operativ mobil xidmət və yerində təmir

Avadanlıqlarınızın təhlükəsiz və problemsiz işləməsi üçün tam servis təminatını bizə etibar edə bilərsiniz. Sizə məlumat və ya servis müraciəti üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

rfq@ametsolution.com

+994 55 254 76 05